• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunun 3 vəzifəli şəxsi işindən azad edilib

Bakı metrosunun 3 vəzifəli şəxsi işindən azad edilib
28.01.2022 14:31
"Bakı Metropoliteni” QSC-nin "Sahil”, "Azadlıq prospekti” və "Nəsimi” stansiyalarının rəisləri vəzifələrindən azad edilib.

"Report”un əldə etdiyi məlumatına görə, onların yerinə təyinatlar olub.

Bildirilir ki, "Sahil” stansiyasının rəisi Taleh Məmmədov başqa işə keçdiyi üçün vəzifəsindən azad olunmaqla bağlı ərizə yazıb.

Metronun "Azadlıq prospekti” və "Nəsimi” stansiyalarının rəisləri Alpaşa İsmayılov və Zahid Rəcəbov isə təqaüd yaşları çatdığı üçün əmək müqavilələrinə xitam verilib.

"Sahil” stansiyasına T.Məmmədovun yerinə Nurlan Nəbiyev, "Azadlıq prospekti” stansiyasına A. İsmayılovun yerinə Xalid Məmmədov və "Nəsimi” stansiyasına isə Z.Rəcəbovun yerinə Ramin Əliyev təyin edilib.

Yeni təyinata qədər Nurlan Nəbiyev "İnşaatçılar” stansiyasında, Xalid Məmmədov "28 May" stansiyasında, Ramin Əliyev isə "8 Noyabr" stansiyasında Mərkəzləşmə Məntəqə Növbətçisi vəzifəsində çalışıblar.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov kadr dəyişikliyini təsdiq edib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol