• $
  • €
  • ₽
  • ₺
  • £

“Land of Fire-Azerbaijan” komandası dünya kubokunu qazanıb

“Land of Fire-Azerbaijan” komandası dünya kubokunu qazanıb
01.02.2022 17:22
Ölkəmizin təbliği üçün təşkil edilən müxtəlif beynəlxalq tədbirlərin təşkilində yaxından iştirak edən "Azerçay” bu dəfə İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kubokunda iştirak edən Azərbaycan Atçılıq Federasiyasının "Land of Fire-Azerbaijan” komandasının yanında olub. Yanvarın 27-də start götürən yarışda uğurla mübarizə aparan komandamız finala vəsiqə qazanıb və  Fransanın "Clinique La Prairie” komandasına 6:2 hesabı ilə qalib gələrək ilk dəfə sözügedən turnirin qalibi olub.

Oyunların keçirildiyi meydanın yaxınlığında Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana həsr olunan pavilyon yaradılıb. Burada Azərbaycanın tarixi, mədəni irsi barədə məlumatlar, video çarxlar, suvenirlər, müxtəlif nəşrlər təqdim edilib. 40-dan çox xarici ölkəyə ixrac edilən və beynəlxalq arenada ölkəmizi  layiqincə təmsil edən "Azerçay” brendinin də məhsulları pavilyonda nümayiş edilib və iştirakçıların böyük marağına səbəb olub. Pavilyonda həmçinin qonaqlar üçün milli mətbəximizin təamları hazırlanıb, eləcə də toxucularımız Azərbaycan xalçalarının toxunması qaydalarını yerindəcə izləyicilərə nümayiş etdirib. 








www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol