• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb

Ağdam-Füzuli avtomobil yolunun tikintisinə başlanılıb
02.02.2022 10:45
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən daha birinin tikintisinə start verilib.
 
Bu, 2021-ci ilin oktyabrının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yoldur. 

Yolun tikintisi Prezident İlham Əliyevin 2021-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuş "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində həyata keçirilir.

Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Yol çiyinlərinin hər iki istiqamətdə 3,75 m, ayırıcı zolağın eni 2 m olmaqla yol yatağının eni 26,5 metr təşkil edəcək. I texniki dərəcəli yol boyu layihə üzrə 380 metr istinad divarı inşa olunacaq.

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, bərabər olaraq bəzi hissələrdə isə bitki qatının qazılaraq çıxarılması, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülür.

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 60 suötürücü boru,8 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin və yol üzərində 3 yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Bundan başqa yolboyu avtobus dayanacaqlarının və digər infrastrukturun inşası aparılacaq.

İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "43 N-li Yol İstismarı” MMC, "41 N-li Yol İstismarı” MMC ilə birgə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin "Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti, yerli şirkətlər olaraq isə "Körpü-Bina-Tikinti” MMC və "North West Construction MMC" icra edir.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli ərazilərindən keçəcək. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə insanların rahat gediş-gəlişini təmin edəcək.(report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol