• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş rektorun həbsi tələb edildi

Keçmiş rektorun həbsi tələb edildi
14.02.2022 23:58
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Yusif Babayev ifadə verib. Şahid, ifadəsində həyat yoldaşının BSU-da işə düzəlmək üçün Dürdanə Əliyevaya 10 min manat verdiyini, lakin işlə təmin edilmədiyini deyib: "Eşitmişdim ki, universitetdə işə qəbul və digər məsələlərlə Dürdanə Əliyeva məşğul olur. Ona görə birbaşa özü ilə görüşdüm. Razılaşdıq ki, həyat yoldaşım Xarici Əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi çalışacaq. Bunun qarşılığında Dürdanə xanıma 10 min manat verdim. Sentyabr ayında dedilər ki, pandemiyaya görə yanvar ayından işə başlayacaq. Yanvar ayı da gəldi, yenə olmadı. Verdiyim pulu da geri ala bilmədim".

Təqsirləndirilən Dürdanə Əliyeva şahidin ifadəsinə münasibət bildirmək istəməyib.

Prosesdə daha sonra ixtisasartırma üçün BSU-da təhsil almış Esmira Qurbanova və Rövşanə Abduləzimova ifadə verib. Şahidlər Dürdanə Əliyevaya verdikləri təhsil ödənişlərinin bir hissəsi hesaba oturmadığı üçün Universitetə borclu qaldıqlarını bildiriblər.

Prosesdən sonra Dürdanə Əliyeva sözügedən əməli təkbaşına etmədiyini bildirərək, BSU-nun sabiq rektoru Nurlana Əliyevanın və həmin vaxt mühasib işləyən şəxsin də məsuliyyətə cəlb olunmasını tələb etdiyini deyib.

D. Əliyevə qeyd edib ki, Nurlana Əliyeva və mühasibin cinayət məsuliyyətinə cəlb olunması üçün dəfələrlə vəsatət qaldırıblar.

 Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.(apa)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol