Qəsdən adam öldürmə ilə bağlı 114 cinayət işi araşdırılır
15.02.2022 11:48
Baş Prokurorluğun İstintaq İdarəsində 114 qəsdən adam öldürmə cinayəti araşdırılır, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.
İdarə rəisi bildirib ki, həmin cinayətlərdən 95-i bağlı qalmış qəsdən adam öldürmə cinayətləridir, 8-i isə 2021-ci ildə açılıb.