• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir

“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir
24.02.2022 13:17
"Müştərilərlə ünsiyyətdə olduğumuz hər yerdə - mağazalarımızda, rəqəmsal tətbiqdə və sosial media platformalarında onlara keyfiyyətli xidmət göstərməliyik”. Bunu "Azerfon”un Baş icraçı direktoru Qunnar Panke ARB telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, son 3 il ərzində müştəri məmnuniyyəti indeksinə görə "Nar”ın lider olması, eyni zamanda bütün göstəricilər və müştərilərdən gələn rəylər onun doğru yolda addımladığını sübut edir.
 
Mobil operatorun uzun müddət ərzində müştərilərə göstərdiyi keyfiyyətli xidməti qoruduğunu deyən Qunnar Panke əlavə edib ki, burada yüksək sürətli internet, kəsintisiz zəng ximdətləri nəzərdə tutulur: "Nar” ölkədəki bütün mağazalarını yeniləməkdədir və sosial mediada ünvanlanan suallara operativ cavab verməkdədir. Biz müştərilərimiz üçün güvənli tərəfdaş olmağı hədəfləmişik. Müştərilərimizi hər zaman dinləyir, problemlərinin ən optimal həll yolunu təqdim edirik. Düşünürəm ki, biz çox uğurlu olsaq da, hələ də gediləcək yolumuz var və bu istiqamətdə daha da inkişaf etməyi planlaşdırırıq”.
 
Qeyd edək ki, müsahibədə Baş icraçı direktor mobil operatorlar arasındakı rəqabətdən, Azərbaycandakı biznes mühitindən, turizm potensialından, eləcə də "Nar”ın strategiyasından və qarşıdakı hədəflərindən də danışıb. Müsahibənin tam versiyasına aşağıdakı keçidə daxil olaraq baxmaq olar: https://www.youtube.com/watch?v=dQkc_DbYcTU
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol