• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda binalardan liftlərin naqillərini oğurlayan şəxs TUTULDU - VİDEO

Bakıda binalardan liftlərin naqillərini oğurlayan şəxs TUTULDU - VİDEO
07.03.2022 18:00
Bakının Bakıxanov qəsəbəsində 10-a yaxın binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Nürəddin Abıyev saxlanılıb.
 
Tutulan zaman ondan narkotik vasitə heroin də aşkar edilib. Ətrafında keçirilən əməliyyat nəticəsində onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən 10-a yaxın hündürmərtəbəli binanın liftlərinin naqillərini kəsərək oğurladığı məlum olub. Nürəddin Abıyev ifadəsində oğurladığı naqilləri paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdığını bildirib.
 
Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Nürəddin Abıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Saxlanılan şəxsin paytaxtın digər rayonlarının ərazisində də analoji cinayətlər törətməsi istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol