• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 8 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib

Daha 8 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib
17.03.2022 20:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağı ətrafları amputasiya olunan daha bir qrup müharibə əlili yüksək texnologiyalı protezlərlə təmin edib

Bu gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində daha 8 nəfər qaziyə müasir protezlər verilib.


Mərkəzin direktoru Asif Məcidov jurnaslitlərə açıqlamasında xatırladıb ki, 2020-ci ilin dekabr ayından artıq 270 nəfər müharibə əlili yüksək texnologiyalı 285 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib: "Onlardan 82 nəfəri I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi olan şəxslərdir ki, 87 ədəd müasir potezlərlə təmin olunublar. 188 nəfəri isə 44 günlük Vətən müharibəsinin qazisidir və həmin şəxslərə 198 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib. Ümumilikdə, Vətən müharibəsi qazilərinin protezlə təminat prosesi yekunlaşmaq üzrədir".


Təqdim edilən "Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol