• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda nə qədər elektromobil enerji doldurma məntəqəsi var?

Azərbaycanda nə qədər elektromobil enerji doldurma məntəqəsi var?
29.03.2022 13:53
Azərbaycanda ekologi təmiz nəqliyyat vasitələri üçün 33 elektromobil enerji doldurma məntəqəsi var. Bu barədə "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Azərbaycan Energetika Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov deyib
 
Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir. Bu məntəqələrdən 2-si Gəncədə, digərləri isə Quba, Kürdəmir və başqa regionlarda mövcuddur. Yerləşdirilən enerji doldurma məntəqələrinin ara məsafəsi 25 km-dir.
 
Şöbə müdirinin sözlərinə görə, ekoloji təmiz avtomobillərin təşviqi üçün bir sıra təkliflər hazırlanıb.

"Ekoloji təmiz avtomobillər üçün enerji doldurma məntəqələrinin yaradılması və ümumi şəbəkəyə qoşulması nəzərdə tutulur. İlkin araşdırmalara görə müəyyən edilib ki, bu məntəqələrin gücü heç də 150 kVt-dan artıq olmayacaq. Bundan əlavə gələcəkdə ölkəmizdə olacaq ödənişli yollardan həmin növ nəqliyyat vasitələrinin tam pulsuz istifadə etməsini düşünürük. Biz həmçinin mobil tətbiqin yaradılmasını düşünürük. Hansı ki, burada ekoloji təmiz avtomobillərin şarj olunması yerləri göstəriləcək", - o bildirib. 
 
Gülnar Nazimqızı


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox