• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qumbaralar aşkarlanıb

Bakıda qumbaralar aşkarlanıb
02.04.2022 19:30
Bakıda qumbaralar aşkarlanıb, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində partlayış təhlükəli əşyaların aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və UZRQM-2 markalı qumbaranın 3 ədəd partladıcısı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol