• $
  • €
  • ₽
  • ₺
  • £

İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib

İranla sərhəddə külli miqdarda narkotik ələ keçirib
05.04.2022 09:42
Dövlət Sərhəd Xidməti 34 kiloqram 370 qram narkotik vasitəyə, 3557 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin və 957 ədəd dərman preparatının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alıb. Bu barədə DSX mətbuat xidməti məlumat yayıb. 

"Martın 31-də saat 22:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə aşkarlanmış 1 ədəd bağlamaya baxış zamanı ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitəyə (5 kq 200 qram "marixuana”, 4 kq 200 qram "tiryək”, 1 kq 100 qram "heroin”) bənzər maddələr və 2000 ədəd psixotrop tərkibli Metadon M40 dərman preparatı aşkarlanaraq götürülüb.

Aprelin 2-də saat 23:17 radələrində Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 naməlum şəxsin əraziyə yaxınlaşması sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının "Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ¬lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılmışdır. Saxlanılan şəxsin 1997-ci il təvəllüdlü Ağsu rayonu Qaraqaşlı kənd sakini Quliyev Nicat Vahid oğlu olması müəyyənləşdirilmişdir. Onun üzərindəki bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 20 kiloqram 325 qram narkotik vasitəyə (14 kq 460 qram "marixuana”, 450 qram "metamfetamin”, 510 qram "heroin”, 4 kq 905 qram "tiryək”) bənzər maddələr, 957 ədəd və 10 qram ovulmuş şəkildə dərman preparatı aşkar olunaraq götürülmüşdür.

Aprelin 3-də saat 12:22 radələrində Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınmış, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışdır. Keçirilmiş sərhəd axtarışı tədbirləri nəticəsində Araz çayı boyu ərazidə aşkarlanmış 1 ədəd bağlamaya baxış zamanı çəkisi 3 kq 545 qram narkotik vasitəyə ("marixuana”) bənzər maddə, 200 ədəd psixotrop tərkibli Metadon M40 dərman preparatı və 400 ədəd üzərində B2 nişanəsi olan psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.

Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub. 
 
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol