• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Daşıyıcı bələdçisi” layihəsinin icrasına başlanılır

Azərbaycanda “Daşıyıcı bələdçisi” layihəsinin icrasına başlanılır
05.04.2022 10:23
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti "Daşıyıcı bələdçisi” layihəsinin icrasına başlayır. Bu barədə nazirlik məlumat yayıb.

Layihənin məqsədi avtomobil daşımaları sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, avtomobil daşımaları sahəsinə investisiya cəlb edilməsi, daşıyıcıların sayının artırılması və daşımalar bazarında təklifin genişləndirilməsidir.

Layihə çərçivəsində avtomobil daşımaları sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yaxud məşğul olmaq istəyən şəxslər müraciətləri əsasında mövcud qanunvericiliyin tələbləri, avtomobil daşımalarının xüsusiyyətləri və digər istiqamətlər üzrə maarifləndiriləcək, onlara məsləhətlər veriləcək və aidiyyəti sualları cavablandırılacaq. Ehtiyac olarsa, sahibkarlara qısamüddətli təlimlər də keçiriləcək.

"Daşıyıcı bələdçisi” xidmətindən istifadə etmək istəyən şəxsə avtomobil nəqliyyatı sahəsi üzrə qüvvədə olan digər tənzimləmə normaları haqqında da məlumatlar təqdim edilə bilər.

Xidmət həm onlayn, həm də adi qaydada ödənişsiz həyata keçiriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol