• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada 11 milyondan çox insan məcburi köçkün olub

Ukraynada 11 milyondan çox insan məcburi köçkün olub
06.04.2022 15:45
Rusiyanın fevralın 24-dən başlatdığı hücumdan indiyə kimi Ukraynada 11 milyondan çox insan məcburi köçkün olub, bu barədə Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi məlumat yayıb.

"İnsanlar müharibə səbəbindən evlərini tərk etməyi ilə humanitar ehtiyaclar artmaqda davam edir. Mülki şəxslərin təhlükəsiz şəkildə təxliyəsi və məcburi köçkünlərə humanitar yardımın təhlükəsiz daşınmasını təmin etmək üçün humanitar dəhlizlərə "təcili ehtiyac var", - Beynəlxalq Miqrasiya Təşkilatının rəhbəri Antonio Vitorino deyib.

Beynəlxalq Miqrasiya Təşkilatının rəy sorğusu köçənlərin 60 faizindən çoxunun uşaqlar, 57 faizinin isə yaşlı insanlar olduğunu göstərib. Bunların təxminən 30 faizi isə xroniki xəstəlikləri olan insanlardır.

Sorğuda köçkün ailələrinin üçdə birindən çoxunun son bir ayda gəlirlərinin olmadığı göstərilib.

Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında deyilir ki, 2,9 milyondan çox insan "müharibə səbəbilə daimi yaşayış yerini tərk etmək haqqında" fəal şəkildə düşünür.
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, daha 4,24 milyon insan Ukraynadan xaricə qaçıb.
 
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol