• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” yenilənmiş satış və xidmət mərkəzini təqdim etdi

“Nar” yenilənmiş satış və xidmət mərkəzini təqdim etdi
13.04.2022 15:05
"Nar” Memar Əcəmi metrostansiyası yaxınlığındakı, M.Cəfərov 3005 ünvanında yerləşən ən böyük satış və xidmət mərkəzini tamamilə yeni konsepsiyada müştərilərin ixtiyarına verib. Mərkəzdə müştəri xidməti və satış vahid məkanda təqdim edilir. Mağazada ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər göstərilir. Həmçinin mobil telefonların, cihazların və aksesuarların satışı da həyata keçirilir.
 
"Azerfon”un Baş İcraçı direktoru Qunnar Pankenin sözlərinə görə, şirkət müştəriyönümlü strategiyasının bir hissəsi kimi, həm Bakı, həm də bölgələrdəki bütün satış və xidmət mərkəzlərini yeniləməyi hədəfləyib: "Paytaxt və regionlar üzrə 40 "Nar” mağazasını tamamilə yeni konsepsiyada müştərilərimizin ixtiyarına vermişik. Müştərilərimizə ölkə ərazisində harada olmasından asılı olmayaraq, istənilən "Nar” mağazasında eyni mənzərə, eyni proses və sorğuların eyni şəkildə cavablandırılması təcrübəsi bəxş edirik. Müştərilərimizə daha yaxın olmaqla, məlumat və xidmətlərin daha rahat əldə edilməsini təmin edirik. Yenilənmiş satış və xidmət mərkəzlərimizdə müştərilərimizə ən qabaqcıl alış-veriş və üstün xidmət təcrübəsi göstəririk”.
 
Qeyd edək ki, "Nar” müştəri yönümlülük dəyərlərinə sadiq qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Daha 27 "Nar” mağazanın təmir olunması planlaşdırılır. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı www.nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.



 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol