• $
  • €
  • ₽
  • ₺
  • £

Minaaxtaran itlərin alınması üçün konsert təşkil olunur

Minaaxtaran itlərin alınması üçün konsert təşkil olunur
15.04.2022 22:48
ABŞ-Azərbaycan Ticarət Palatası Azərbaycana minaaxtaran itlərin alınması məqsədi ilə Orxideya səsi ( "The Voice of Orchid") adlı xeyriyyə konserti təşkil edəcək. Bu barədə Kennedi Mərkəzi məlumat yayıb.

Vaşinqtonda Kennedi Mərkəzinin Terras Teatrında baş tutacaq konsertdə Bakı Kamera Orkestrinin tanınmış musiqiçiləri çıxış edəcək.

"Azərbaycan klassik musiqisindən ibarət olacaq konsert zamanı toplanan vəsaitin hamısı Azərbaycanda minaları təmizləmək üçün minaaxtaran itlərin alınmasına xərclənəcək. Minalar torpaqları məhsuldar hala gətirmək  üçün çalışanlara təhlükə yaradır. Marşal İrsi İnstitutu (The Marshall Legacy Institute) 2005-ci ildən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə əməkdaşlıq edir və 30 milyon kvadratmetrə yaxın əvvəllər çirklənmiş ərazinin axtarışına və geri qaytarılmasına kömək edən 40 xilasedici minaaxtaran it bağışlayıb", - mərkəzdən deyilib.
 
Minalar necə axtarılır?

Torpağa basdırılmış minanı aşkar etmək üçün mina detektorundan istifadə olunur. Həmin detektorlar minanın metal hissəsindən qayıdan elektromaqnit siqnalı tutaraq basdırılmış minanın yerini aşkar edir.
 
Minaaxtaran itlərin əhəmiyyəti nədir? 
 
2000-ci illərin əvvəlindən başlayaraq Azərbaycanda minaların təmizlənməsində həm itlərdən, həm də robotlardan istifadə olunur. Minalar arasında insan üçün ən təhlükəlisi piyada əleyhinə minalardır, onları isə adi metal detektoru ilə aşkar etmək isə çox çətindir, çünki bu cür minanın gövdəsi plastik materiallardan hazırlanır. Minanın hazırlandığı material plastik olsa da, bütün minalardakı partlayıcı maddənin tərkibi təxminən eyni kimyəvi maddələrdən ibarətdir və həmin maddələri iyduyma qabiliyyəti güclü olan xüsusi təlim keçmiş itlərin köməyilə aşkar etmək mümkündür. 1990-cı illərin sonlarından başlayaraq mina axtarışı işində mütəxəssislər siçovulların iyduyma qabiliyyətindən də istifadə etməyə başlayıb. İtlərin istifadəsiyə müqayisədə siçovullardan istifadə daha ucuz, faydalı iş əmsalı isə daha yüksəkdir.

Aşkarlanan minaların statistikası 

2020-ci il 10 noyabr tarixindən 2022-ci il 14 aprel tarixinədək 8 372.9 ha ərazi təmizlənib, 30 572 ədəd mina və PHS aşkar edilib.Zərərsizləşdirilən mina və PHS-in 54 868 ədədi Azərbaycan istehkamçıları, 26 260 ədədi ermənilərin yaşadığı məntəqələrdə Rusiya istehkamçıları tərəfindən aşkar edilib.
 
BMT-nin dəyərləndirməsinə əsasən, bu gün dünya boyu 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır.

Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır.
 
Ləman Qasımova
 
İSTİQAMƏT:5.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış”;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol