• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib

Azərbaycanda vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
18.04.2022 19:00
"BTB leasing” ASC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.


Baş Prokurorluqdan  verilən məlumata görə, aparılan istintaqla Ceyhun Əli-Zadənin 20 may 2019-cu il tarixdən 20 noyabr 2020-ci il tarixədək olan müddət ərzində "BTB leasing” ASC-nin Hüquq Departamentinin müdiri vəzifəsində işləyərkən, lizinq xətti ilə avtomobil almaq istəyən vətəndaşları aldatma yolu ilə müştəri kimi cəlb edib onlardan nəqliyyat vasitəsinin ümumi dəyərinin müəyyən faizini ilkin ödəniş və əlavə kredit məbləğinin bir aylıq hissəsini əldə edərək, sonradan zəruri ödənişlərin olunmamasını əsas gətirib dolayı üsullarla ASC-nin balansında olan avtomobilləri qeyri-rəsmi satmaqla pulları ələ keçirərək ASC-yə və bir qrup vətəndaşlara külli miqdarda maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.


Ceyhun Əli-Zadəyə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol