• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən Azərbaycanda növbəti İLK

“Bakcell”dən Azərbaycanda növbəti İLK
12.05.2022 11:51
Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq ən müasir səs texnologiyasını istifadəyə verib. Bu VoLTE (Voice over LTE) texnologiyasıdır. 
VoLTE smartfon istifadəçilərini daha sürətli, aydın və kəsintisiz səs xidmətləri ilə təmin edir. 

Bu ən müasir səs texnologiyası Bakcell abunəçiləri üçün əlavə imkanlar da yaradır. Belə ki, bundan sonra eyni vaxtda həm telefonla danışmaq, həm də LTE şəbəkəsində internetdən tam şəkildə yararlanmaq mümkün olacaq. VoLTE texnologiyası smartfon batareyasının qənaətlə istifadəsinə də təsir göstərir. 
"Bakcell”in VoLTE xidməti işğaldan azad olunmuş ərazilərimiz daxil olmaqla bütün ölkə ərazisində mövcuddur. Şuşada, Cıdır düzündə və Qarabağın digər ərazilərində quraşdırılmış yüksək keyfiyyətli LTE  şəbəkəsi sayəsində Bakcell abunəçiləri bu xidmətdən istifadə edə biləcəklər. 

Mobil telefonun VoLTE texnologiyasını dəstəkləməsini *303#YES kodunu yığmaqla yoxlamaq olar.

Ətraflı məlumat volte.bakcell.com səhifəsində yerləşdirilib. 

2021-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu gün Bakcell şəbəkəsi 9 minə yaxın baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 92.6%-ni əhatə edir.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkəti "NEQSOL Holding”in tərkibinə daxildir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol