• $
  • €
  • ₽
  • ₺
  • £

Zəngilanda hündürmərtəbəli bina olmayacaq

Zəngilanda hündürmərtəbəli bina olmayacaq
27.05.2022 09:33
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olunub.

Baş planın konseptual əsasını rahat yaşayış, yaşıl və təmiz, proqressiv innovasiyalar kimi şəhər yanaşmaları təşkil edir.


Hazırlanması zamanı onun özünəməxsus simasını formalaşdırmaq üçün ərazinin mövcud memerlıq ənələri araşdırılıb,  tarixi mühitin qorunması şərtiylə tətbiq oluna biləcək müasir yanaşmalar müəyyən edilib.


Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək.


Şəhərin planlaşdırılmasında tətbiq edilmiş  "15 dəqiqəlik şəhər” yanaşması isə kompakt mərkəz və alt mərkəzlərin yaradılmasıdır. Gündəlik təlabat obyektlərinin piyada əlçatanlığında olması və aşağı sürətli yol infrastrukturunun təşkilini özündə ehtiva etməklə, sakinlərin və qonaqların şəhər daxilində hərəkətini asanlaşdıracaq.


Qeyd edək ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin "sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Cəmiyyət 10:57
BDYPİ sürücülərə həftəsonu səfərləri ilə bağlı xəbərdarlıq edib
Sumqayıtda yol çöküb
Cəmiyyət 09:34
Sumqayıtda yol çöküb
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol