• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu - VİDEO

Fazil Mustafa səs yazısı yayılan direktora dəstək oldu - VİDEO
08.08.2022 10:23
Sosial şəbəkədə Şəmkir rayon Xanallar kənd Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovaya aid olduğu iddia olunan səs yazısı yayılıb. Yayılan səs yazısında məktəb direktoru müəllimlərə Aşura mərasiminə heç bir şagirdin buraxılmaması ilə bağlı xəbərdarlıq edib. 

Geniş müzakirələrə səbəb olan səs yazısına deputat Fazil Mustafa da münasibət bildirib.

Feysbuk hesabında paylaşım edərək deputat qeyd edib ki, bu mövqeyine görə təhsil naziri məktəb direktoruna zəng edib təşəkkür etməlidir.

"Şəmkir rayon Xanallar kənd F.Ələkbərov adına tam orta məktəbin direktoru Nərxanım İsrafilovanın din adı ilə keçirilən mərasimdə məktəblilərin iştirakının qarşısını almaq üçün müəllimlərə etdiyi çağırış barədə səsyazısı yayıblar. Bu dəyərli məktəb direktorunu hədəf seçiblər. Bu cür məktəb direktoruna şəxsən təhsil naziri zəng edib təşəkkürünü bildirməlidir. Çox gözəl şəkildə Azərbaycan dövlətinin mövqeyindən çıxış edir Nərxanım müəllimə. Uşaqların sağlam yetişməsi üçün fədakarlıq edir, çünki ağlı başında olan hər kəs anlamalıdır ki, uşaqlarımızın üz tutacağı yer məktəbdir, təhsildir, idmandır. Nərxanım müəlliməni hamılıqla dəstəkləyək, bu cür cəsur pedaqoqlarımız cəhalətin qarşısında durmalıdırlar, gələcəyimizi qorumalıdırlar”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol