• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bir neçə sahibkara cinayət işi başlanılıb

Azərbaycanda bir neçə sahibkara cinayət işi başlanılıb
08.08.2022 16:37
Azərbaycanda bir neçə sahibkara cinayət işi başlanılıb. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdam, Ağcabədi və Siyəzən rayonlarının ərazisində qanunsuz qum-çınqıl hasilatı faktları ilə bağlı araşdırmalar aparılıb.

Ağdam rayonu ərazisində "Qarqarçay” qum-çınqıl yatağında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Elman Nəcəfova ayrılmış ərazidən kənarda, Ağcabədi rayonu ərazisində "Qarqarçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əliş Əhmədova ayrılmış ərazidən kənarda, Siyəzən rayonu ərazisində "Gilgilçay” qum-çınqıl yatağında hüquqi şəxs - "Rivaes” MMC-nə ayrılmış ərazidən kənarda qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılmasının faktları aşkar edlib.

Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol