• $
  • €
  • ₽
  • ₺
  • £

Gözdə olan çəplik heç bir damcı dərmanla düzəlmir - Səhiyyə Nazirliyi

Gözdə olan çəplik heç bir damcı dərmanla düzəlmir - Səhiyyə Nazirliyi
10.08.2022 15:43
Gözdə olan çəplik heç bir damcı dərmanla düzəlmir. Çəpliyin bərpası əməliyyatla və eynəklə mümkündür. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eskperti Nigar Həsənova deyib.

 "Təcili çəplik əməliyyatı yoxdur. Bu planlı əməliyyatdır və əməliyyat bir müddət gec olarsa heç bir əlavə ağırlaşma olmaz. Bəzən uşaqlara gözləri yaxşı görsün deyə kök şirəsi verirlər, ancaq bu ziyandır. Bu, hətta qaraciyərin fəaliyyətinə zərərdir. Biz valideynlərə məsləhət görürük ki, meyvə-tərəvəz, vitaminli qidalar versinlər. Hər hansı qidanı çox verməklə görməni yaxşılaşdırmaq mümkün deyil. Həmçinin göz idmanlarından yüksək nəticə gözləmək olmaz”, - o bildirib.

Nazirlik rəsmisi onu da əlavə edib ki, qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır.

Onun sözlərinə görə, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb. 


"Komputerdən gündəlik həyatında çox istifadə edənlər gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidirlər", - o vurğulayıb. 

Mütəxxəsis deyib ki, gözlərdə quruluq da kompüter arxasında olan insanlarda daha çox rast gəlinir.
 
Ləman Qasımova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol