İranda yük maşını sürücüləri etiraz aksiyası keçirib
10.08.2022 19:54
İranın Kermanşah şəhərində yük maşını sürücüləri etiraz aksiyası keçirib.
APA xəbər verir ki, Kirmanşah şəhər meriyası qarşısına yük maşınları ilə toplaşan sürücülər iqtisadi problemlərə, yükdaşıma tariflərinin aşağı olmasına, bahalı avtomobil hissələrinə və yanacaq çatışmazlığına etiraz ediblər.