• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin əmisi oğlunun əmlaklarını ələ keçiriblər?

Prezidentin əmisi oğlunun əmlaklarını ələ keçiriblər?
11.08.2022 10:04
Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə akademik Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyevin iddiası üzrə növbəti proses keçirilib.


Musavat.com xəbər verir ki, o, babası Aqil Əliyevdən atası İlqar Əliyevə miras qalmış əmlakların başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir. Tərəflər arasındakı mülki çəkişmə bir neçə məhkəmə instansiyasında davam edir.


Son olaraq Yasamal Rayon Məhkəməsinə müraciət edən Riyad Əliyev bildirib ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər həmin əmlaklar vasitəsilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.


Riyad Əliyev ona və atasının keçmiş şəriki olmuş İlham Məmmədova İlqar Əliyev tərəfindən verilmiş etibarnamələrin ləğv edilməsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edib. Həmçinin İlqar Əliyevin digər şəxslərə verdiyi etibarnamələr və onlar üzrə aparılmış bütün hərəkətlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini istəyib.


Ötən prosesdə iddiaçı Riyad Əliyevin vəkili və nümayəndəsi Gülşən Salmanova prosesin qapalı keçirilməsini, jurnalistlərin iştirakı olmadan davam etdirilməsini istəmişdi. Hakim Günel Əkbərli vəkilin vəsatətini yazılı şəkildə təqdim etməsi üçün prosesdə bir neçə günlük fasilə elan etmişdi.


Avqustun 10-na təyin olunmuş prosesdə vəkil 1 vərəqdən ibarət olan vəsatətini məhkəməyə təqdim etdi. Gülşən Salmanova vəsatətində ümumi sözlərlə işdə kommersiya sirlərinin, məhkəmə iclasında səsləndiriləcək ailə və şəxsi həyatla bağlı məsələlərin nəzərə alınaraq prosesin qapalı keçirilməsini xahiş edib.


Cavabdeh tərəfin vəkilləri bildiriblər ki, vəsatət əsaslandırılmayıb, işdə kommersiya sirlərindən söhbət getmir. Belə sirrlərin olacağı təqdirdə iddiaya Kommersiya Məhkəməsində baxılmalıdır. Ailə sirlərinə gəldikdə isə yenə də həmin sirrlər olacağı halda, məhkəmə prosesinin həmin hissəsində prosesin qapalı keçirilə bilməsini məhkəmənin diqqətinə çatdırıblar. Vəkillər əlavə edib ki, iddia etibarnamələrin ləğv edilməsinə etiraz olduğu üçün burada ailə sirrindən və şəxsi məlumatlardan söhbət gedə bilməz.  Hakimin diqqətinə çatdırıblar ki, məhkəmə iclasında media nümayəndələrinin iştirakına etiraz etmirlər.


Hakim vəsatətə münasibət bildirmək üçün müşavirə otağına gedib. Bir neçə dəqiqə sonra geri dönən hakim vəsatətin təmin edildiyini elan edib. Prosesin qapalı keçirilməsini əsaslandırmaqdan yayınıb.


Cavabdeh tərəfin vəkilləri prosesin qapalı keçirilməsi üçün əsasların olmadığını hakim diqqətinə çatdırmaqla etirazlarını bildiriblər. Bundan sonra proses iddiaçı və cavabdeh tərəfin vəkillərinin iştirakı ilə davam etdirilib.


Proses 29 avqust 16:30-da davam etdiriləcək. 


Prezidentin əmisi oğlu İlqar Əliyevin İlham Məmmədov və Şahbaz Şahbazov adlı iki şəriki olub. Mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb. Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək, məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir.


İlham Məmmədov isə Şahbaz Şahbazovu ittiham edərək onun İlqar Əliyevin etibarından istifadə edərək əmlakları ələ keçirdiyini bildirir. Son olaraq isə "Nigar Klinikası”nda baş verən qalmaqalla bu məsələ gündəmə gəlmişdi. İndi isə ortada olan iddialardan məlum olur ki, İlham Məmmədov həm Şahbaz Şahbazova, həm də İlqar Əliyevə qarşıdır. Riyad Əliyev isə İlham Məmmədovla eyni tərəfdən çıxış edərək İlqar Əliyevin xanımı Solmaz Əliyeva və digərlərinə qarşı iddialar qaldırıb. Şahbaz Şahbazov barəsində cinayət işi başlanıb. İlham Məmmədov isə ötən ilin sonlarında bilə-bilə yalan məlumat vermə, xəbərçilik ittihamı ilə həbs edilmişdi. Daha sonra azadlığa buraxılıb.

Riyad Əliyev tez-tez qalmaqallı hadisələrlə gündəmə gəlib. O, daha əvvəl yol polisləri ilə dava etdiyinə görə inzibati qaydada həbs edilib.


Bundan başqa onlara məxsus "Riad” mühafizə şirkətinin adı da müxtəlif qalmaqallara qarışdığı üçün lisenziyası ləğv edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol