• $
  • €
  • ₽
  • ₺
  • £

Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib

Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib
11.08.2022 22:30
Biz - Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi istiqamətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və binasına qarşı edilən hərəkətləri həm Böyük Britaniyanın imicinə zərbə vurduğunu, həm də beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu bəyan edirik.

Bu fikirlər Azərbaycanın bir qrup QHT nümayəndəsinin ölkəmizin Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair bəyanatında yer alıb.


Bildirilib ki, hadisədən artıq bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təkcə avqustun 5-də bir açıqlama verib. Bu açıqlamada isə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ölkəmizin Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pislədiyini və bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparıldığını vurğulayıb. Hadisədən bir gün sonra verilən bu açıqlamada hadisəni törədənlərin kim olduğunu Böyük Britaniya hökuməti hələ də müəyyənləşdirə bilməyib və onları, sadəcə olaraq, "etirazçılar” adlandırıb. Hadisənin vandalizm aktı olduğu, Azərbaycan bayrağına qarşı törədildiyi və polislərin gözü qarşısında baş verdiyi halda niyə "etirazçılar” kimi təqdim olunduğu çoxlu suallar doğurur. Hadisə ilə bağlı xəbərdarlıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniyanın aidiyyəti qurumlarının diqqətinə çatdırılsa da, hələlik Krallıq hökuməti tərəfindən ciddi açıqlama verilməyib. Məlumat üçün bildiririk ki, 1961-ci il aprelin 18-də qəbul edilmiş Diplomatik əlaqələr haqqında Konvensiyanın 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, onun sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.


Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, ölkəmizin səfirliyinə hücumun məsuliyyətini Böyük Britaniya bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan hökumətinə və xalqına məlumat verməlidir.


"Avropaya İnteqrasiya Mərkəzi" İctimai Birliyi - Şəhriyar Məcidov


"Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi- Radə Abbas


"Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı" İctimai Birliyi- Orxan Əlixanlı


"Azərbaycan - Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyi- Mariya Hüseynova


Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi - Rəhilə Mehtiyeva


"Elmi Araşdırmalar” İctimai Birliyi - Telman Qasımov


"Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi - Müşfiq Ələsgərli


"Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyi - Vüqar Əhmədov


"Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi - Nadir Cəfərov


"Əqli Mülkiyyətçilərə Kömək" İctimai Birliyi - Əfqan Qafarov


"Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi - Toğrul Allahverdiyev


"Ziyalı Ocağı" İctimai Birliyi - İlahə Əliyeva


"Beynəlxalq Dialoq və İnkişaf Alyansı" İctimai Birliyi - Nüşabə Məmmədova


"Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyi - Təranə Hüseynova


"Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi - Şəhla Nağıyeva.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol