• $
  • €
  • ₽
  • ₺
  • £

"Novruz Kərimov təcavüzkarı qoruma" şüarı yazılan plakat açılıb

"Novruz Kərimov təcavüzkarı qoruma" şüarı yazılan plakat açılıb
15.08.2022 17:00
Avqustun 15-də bir qrup feminist Bakının "Mərkəzi Park" adlanan ərazisində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimova müraciət edərək "Novruz Kərimov Təcavüzkarı Qoruma" şüarı yazan plakatı açıb. Onlar bu plakatı xalasıoğlunun təcavüz etdiyi deyilən Sənay Yağmurun şikayəti əsasında başlamış məhkəmə prosesində ədalətli qərar çıxması tələbi ilə açıb.
 
2021-ci ilin oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək azyaşlı qızının 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində qızının paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.

Cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə 2021-ci ilin oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 
 
Sənay Yağmur Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızıdır. Artıq 1 ilə yaxındır ki, cinayət işi açılıb, aylardır davam edən məhkəmə prosesində hələ ki hökm oxunmayıb. İctimai fəallar, feminist fəallar bu prosesin bilərək uzadıldığını iddia edir. 
 
 
Ləman Qasımova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol