• $
  • €
  • ₽
  • ₺
  • £

ReAL Partiyasının üzvü 30 sutka həbs edildi

ReAL Partiyasının üzvü 30 sutka həbs edildi
16.08.2022 15:02
"Respublikaçı Alternativ" (ReAl) Partiyasının fəalı Elnur Şahverdiyev 30 sutka cəza çəkdikdən sonra avqustun 14-də yenidən inzibati qaydada 30 sutka müddətinə həbs edilib.

Onun qardaşı Ramin Şahverdiyev Amerikanın Səsinə bildirb ki, Elnur ilk dəfə iyulun 14-də saxlanılıb.

"Həmin vaxt mülki geyimli şəxslər onun işlədiyi çörəkbişirmə sexinə gəliblər, "alıcıdan şikayət olduğunu" bildirərək aparıblar. Sonradan Astara rayon Məhkəməsi onu "polisin qanuni tələbinə tabe olmamaq" ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edib," o qeyd edib.

Onun fikrincə, Elnuru facebook-dakı nəşrlərinə görə təqib edirlər, belə ki, saxlanıldıqdan sonra onun mayın 25-dən iyulun 14-nə qədər olan bütün postları silinib.

Avqustun 14-də həbs müddəti başa çatıb, amma fəal azad edilməyib. Astara rayon Məhkəməsi onu narkotik ittihamı ilə yenidən 30 sutka müddətinə həbs edib.

"Guya həbsdə olarkən Elnuru Lənkərana aparıb narkotik testindən keçiriblər, sidiyində narkotik aşkar edilib. Elnur məhkəmənin qərarını qəbul etmir və sifarişli hesab edir,” o, qeyd edib.

ReAl Partiyası Elnur Şahverdiyevin həbsini pisləyib, onun Facebook-da tənqidi postlara görə təqib olunduğunu bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol