• $
  • €
  • ₽
  • ₺
  • £

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
19.08.2022 20:30
Avqustun 20-i saat 08:00-dan avqustun 21-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
 
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 6 sayda müntəzəm marşrutun (M8,1, 62,184, 214 və H1 nömrəli) hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.
 
Dəyişikliyə əsasən:


M8 nömrəli marşrutun hərəkət sxemi Maştağa qəsəbəsi istiqamətində dəyişdirilərək "Koroğlu” yolqovşağı – "Koroğlu” m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Böyükşor parkı – Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;

1 nömrəli marşrutun hərəkət sxemi "Neftçilər” m/st istiqamətində dəyişdirilərək "Koroğlu” yolqovşağı – "Koroğlu” m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Ziya Bünyadov prospekti – "Qara Qarayev” prospekti daha sonra öz hərəkət sxemi üzrə;

62 nömrəli marşrutun hərəkət sxemi Sabunçu qəsəbəsi istiqamətində dəyişdirilərək Əli Vəliyev küçəsi – Kamil Balakişiyev küçəsi – Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;
 
184 nömrəli marşrutun hərəkət sxemi Suraxanı qəsəbəsi istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı – Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi - Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;
 
214 nömrəli marşrutun hərəkət sxemi Ramana qəsəbəsi istiqamətində dəyişdirilərək İlham Müzəffəroğlu küçəsi – Tofiq Abbasov küçəsi - Əli Vəliyev küçəsi – Kamil Balakişiyev küçəsi – Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;
 
H1 nömrəli marşrutun hərəkət sxemi Hava Limanı istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı – Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Böyükşor parkı – Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol