• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb - APEPEA sədri

Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb - APEPEA sədri
21.08.2022 09:15
Son günlər ölkədə yumurtanın qiymətinin artması ilə bağlı çoxsaylı məlumatlar yayılır. Bəzi mənbələr yumurtanın 22-23 qəpiyədək bahalaşdığını iddia edir.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından (APEPEA) məlumat verilib.

Bildirilib ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu yuxarıda qeyd olunan qiymətə satılmır.

APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli deyib:

"Fevral ayından son bir həftəyədək Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb. Baxmayaraq ki, qlobal bazarda yumurta istehsalında əsas komponent olan yem və yem əlavələrinin qiyməti fevral ayından bəri orta hesabla 30-40 faiz bahalaşıb, 1 yumurtanın maya dəyəri 16-17 qəpiyə yüksəlib, Assosiasiyaya daxil olan yumurta istehsalçılarından heç biri qiyməti artırmayıb. Bunun da əsas səbəbi bu olub ki, ölkədə tələbatdan xeyli artıq yumurta istehsal edilir və qiymətləri bazar tənzimləyir. Son aylarda yumurta istehsalçıları, xüsusilə orta və kiçik istehsalçılar böyük zərərlə üzləşdilər. Əvvəlcədən yem ehtiyatlarını təmin edə bilən iri istehsalçılarda zərər daha az oldu, onlardan bəziləri xaricə ixracı da yoluna qoydular. Kiçik və orta müəssisələrin bir çoxu zərərdən yayınmaq üçün ana sürülərini sayını azaltdılar. Buna görə də istehsal azaldı və avqustun ortalarından tələbatın artması ilə qiymətlər topdandansatışda 14-15 qəpiyə yüksəldi. Yəni bu gün yumurtanın fabrikdən çıxış qiyməti 15 qəpikdən yuxarı deyil. Hazırda əksər ticarət şəbəkələrində pərakəndə satış qiymətləri 16 qəpikdir ki, bu də keçən ilin eyni dövründəki qiymətlərdən aşağıdır. Ötən il istehsalçılar qarğıdalını 44 qəpiyə, buğdanı 40 qəpiyə alırdı, yumurtanın bir qutusu(360 dənəsi) 58 manata satılırdı. İndi qarğıdalını 84-85 qəpiyə, buğdanı 65 qəpiyə, günəbaxan yağını 3,5 manata, dikalsinin birini əvvəl 1.2 manata, indi 3,5 manata alırlar. Bunun qarşılığında topdansatış qiyməti bir qutu üçün 54 manatdır. Yəni faktiki olaraq, hazırda yumurtanın qiyməti ötən ilkindən aşağıdır. Kimlərsə fürsətcillik edib, 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırsa, burada istehsalçının heç bir günahı yoxdur”.

APEPEA sədri bildirir ki, hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol