• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən əməliyyat Saxlanılanlar var - VİDEO

DİN-dən əməliyyat  Saxlanılanlar var - VİDEO
24.08.2022 16:35
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə 19 narkotacir tutulub, onlarda 154 kiloqram narkotik maddə aşkar edilib.

Bu barədə  DİN-in mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr keçirən, onlayn yolla narkotiklərin satışını təşkil edən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan və azyaşlıları narkokuryerliyə cəlb edən mütəşəkkil dəstənin daha 19 nəfər üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 154 kiloqram narkotik vasitə və psixotrop maddə, 1752 ədəd psixotrop tərkibli həb, 3739 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu və 33 ədəd "Makarov” markalı tapançaya aid patronlar aşkar edilib.

Daxil olmuş məlumat əsasında Bakı şəhəri və bölgələrdə həyata keçirilən xüsusi əməliyyatlar zamanı Aqil Ağazadə, Əlizadə Baxşıyev və Əzim Əzimov saxlanılıblar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 103 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 34 kiloqram heroin, 14 kiloqram tiryək, 15 kiloqram metamfetamin, 40 kiloqram marixuana, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə olunan plastik kartlar aşkar edilib. Adları çəkilən şəxslərin əsas məqsədi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələri satmaqla yanaşı, yeni-yeni insanları asan yolla pul qazanmaq adı altında şirnikləndirərək narkokuryerliyə cəlb etmək olub.

Əzim Əzimovun Sabunçu rayonunda yerləşən, suvarma, havalandırma və işqlandırma sistemi ilə təchiz edilən torpaq sahəsindən əlavə olaraq aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi yaş halda çəkisi 2 ton 600 kiloqram olan 3724 ədəd çətənə kolu da aşkar olunub.

Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq qeyd edilən dövr ərzində narkotiklərin intensiv satışını təşkil edən daha 16 nəfər saxlanılıb. Onlardan 51 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşları sağlam gələcək naminə narkotiklərdən uzaq durmağa, narkotacirlərin yalan vədlərinə inanmamağa və bu sahədə polis əməkdaşlarına dəstək olmağa çağırırıq.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol