• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB
25.08.2022 14:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin "Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir.


Dövlət başçısı ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə yaxşı təmasların mövcud olduğunu bildirərək, Koreya Parlamenti sədrinin Azərbaycana səfərini məmnunluqla xatırladı və So Byoq Sunun səfərinin də əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd edib.


Prezident İlham Əliyev Koreya şirkətlərinin uzun illər Azərbaycanda çox uğurla fəaliyyət göstərdiklərini, bir neçə önəmli sənaye layihəsini icra etdiklərini və inşaat sektorunda da çox fəal olduqlarını, Bakının bir neçə "göydələn”inin memarlığının da Koreya şirkətləri tərəfindən təqdim edildiyini deyib.


Dövlət başçısı siyasi və iqtisadi əlaqələrin daha da fəalllaşmasının zəruriliyini bildirib, parlamentlərlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafında rolunu vurğulayıb.


Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda dağıntılar, vandallıq aktları törətdiklərini, şəhərlərimizi və kəndlərimizi tamamilə məhv etdiklərini bildirib, hazırda həmin ərazilərdə Azərbaycanın genişmiqyaslı bərpa və yenidənqurma layihələrini həyata keçirdiyini deyib, Koreya şirkətlərinin müasir texnologiyalar vasitəsilə bu işlərə töhfə verə biləcəyini qeyd edib.


So Byoq Sun Koreya Respublikasının Prezidenti Yun Sok Yolun salamlarını dövlət başçısına çatdırıb. O qeyd edib ki, Koreya Prezidenti Azərbaycana böyük marağının olduğunu vurğulayıb.


Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Prezidentinə çatdırmağı xahiş edib.


Bundan əvvəl 2009-cu ildə ölkəmizə səfər etdiyini bildirən So Byoq Sun paytaxtımızda gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat hissi doğurduğunu deyib, Azərbaycanın qazandığı nailiyyətlərlə bağlı dövlət başçısını təbrik edib.


So Byoq Sun Prezident İlham Əliyevin ölkənin inkişafı naminə göstərdiyi böyük səyləri Koreyanın keçmiş prezidenti Park Çunq Hinin fəaliyyəti ilə müqayisə edib. O deyib ki, Park Çunq Hi məhz xalqın gücünə güvənərək Koreyanı çox inkişaf etmiş ölkəyə çevirib.


Sonra So Byoq Sun Koreya Prezidentinin məktubunu dövlət başçısına təqdim edib.


------
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin "Ekspo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstək üzrə Xüsusi Komitənin sədri So Byoq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Nümayəndə heyətinə Koreya Milli Assambleyasının üzvləri daxildir

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol