• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazir 6 aylıq iqtisadi artımlardan danışdı

Baş nazir 6 aylıq iqtisadi artımlardan danışdı
26.08.2022 10:37
Azərbaycanda cari ilin 6 ayında iqtisadi artım 6,2% təşkil edib. Qeyri-neft iqtisadiyyatı 9,6% artıb. Xarici ticarət 70%-dən çox artıb. Azərbaycan məhsullarının ixracı iki dəfədən çox, qeyri-neft ixracı isə 25 faiz artıb.Bu barədə baş nazir Əli Əsədov Qırğız Respublikasının Çolpon-Ata şəhərində  keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

Bildirildi ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin yaradılması üzrə mühüm layihələrin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərmayə qoyub və bu istiqamətdə işlər davam edir.

Cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 faizdən çox artıb. Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanından daşınan tranzit yüklərin həcmi artıb. Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük daşımağa imkan verir. 

Yük daşımaların artmasını nəzərə alınaraq Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanında yükdaşıma qabiliyyəti 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilib.
 

Gülnar Nazimqızı 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol