• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda baş verən yanğınların sayı açıqlandı

Azərbaycanda baş verən yanğınların sayı açıqlandı
26.08.2022 11:47
Azərbaycanda 2022-ci il yanvarın 1-dən avqustun 25-nə qədər 10900 yanğın hadisəsi baş verib, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev cari ilin avqustunda Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, buraya işğaldan azad olunmuş ərazilər də daxildir. Belə ki, İşğaldan azad edilən ərazilərdə bu il 224 yanğın hadisəsi baş verib, 3 min hektardan çox meşə ərazisi və kol-kos yanıb.

"Azərbaycanda cari ildə 211 hektardan çox meşə sahəsi, 2318 hektar biçilmiş taxıl zonası yanıb. Baş vermiş yanğınlar nəticəsində 29 nəfər yanğından həlak olub. Bu il ən çox yanğın Füzulidə (1680 hektar), Ağdamda (508 hektar) qeydə alınıb. İşğaldan azad olunan ərazilərdə həm yanğından mühafizə xidməti, həm də xilasetmə xidmətinin əməkdaşları növbə çəkirlər. Həmin ərazilərdə hansısa yanğın baş verərsə, dərhal reaksiya veriləcək", - o deyib.
 
Fövqəladə Hallar Nazirliyinin rəsmisinin sözlərinə görə, hazırda Siyəzən, Şabran, Quba, Qusar və Masallıda yanğınlar davam edir.

"Bütün yanğınlar nəzarət altına alınıb və söndürülməsi istiqamətində işlər davam edir", - o əlavə edib.
 
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevun  sözlərinə görə,  son günlər Quba, Xaçmaz, Siyəzən, Şabran, Şəki və Qəbələ rayonlarında baş vermiş yanğınlar ümumilikdə 5311 hektar ərazini əhatə edib ki, bundan yalnız 779 hektarı meşə fondu torpaqlarına aiddir.

"Yanğına məruz qalan 891 hektar ərazi isə bələdiyyə fondlarına aid olan meşə sahələridir, yanan digər sahələr isə başqa təyinatlı ərazilərdir. Çox təəssüf ki, yaşıllıqlara, meşə sahələrinə, torpağın humus qatına, ümumilikdə təbiətimizə, onun bioloji müxtəlifliyinə çox böyük zərərlər vuran yanğınların böyük əksəriyyəti biçənək sahələrindən başlayıb. Bütün hallarda təbiətimiz zərər görüb, yanğınların söndürülməsinə yüzlərlə insan, texnika cəlb olunub, tonlarla yanacaq, su sərf olunub ki, bu da böyük maliyyə itkisi, dövlətə vurulan ziyan deməkdir", - nazir müavini deyib. 
 
Firdovsi Əliyevin sözlərinə görə,  tələf olmuş meşə zolağını bərpa etmək üçün ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək.
 
"Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək və yanaraq məhv olmuş meşə sahələrində payız ağacəkmə mövsümündə mərhələlərlə  meşəbərpa tədbirləri həyata keçiriləcək. Bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq", - o söyləyib.
 
"Azersky” peykindən əldə olunmuş təsvirlər əsasında aparılan tədqiqatların nəticələrinə görə, 2022-ci ilin avqustunda  5311 hektar ərazidə yanğın baş verib. Bunun  3711 hektarı Şabran, 800 hektarı Siyəzən, 555 hektarı Quba, 164 hektarı Şamaxı, 71 hektarı Xaçmaz, 6 hektarı  Şəki və  4 hektarı Qəbələ rayonlarının payına düşür. Yanmış ərazinin təxminən 30%-i, yəni 1670 hektarı meşə sahəsidir.

"Azersky” peyki ölkə ərazisinin gündəlik monitorinqini həyata keçirir və bu, yanğınların təkcə fəsadlarını deyil, həm də dinamikasını izləməyə imkan verir. Peyk təsvirlərinin analizi əsasında bitki örtüyünün vəziyyəti barədə dəqiq məlumatlar əldə olunur, yanğın baş vermiş ərazilərdə ağacların çətirlərinin yanıb-yanmaması müəyyən edilir.
 


Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol