• $
  • €
  • ₽
  • ₺
  • £

Bərdədə məktəbli qıza zorakılıq edib videoya çəkənlər saxlanıldı

Bərdədə məktəbli qıza zorakılıq edib videoya çəkənlər saxlanıldı
26.08.2022 12:01
Bərdədə 14 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədən və onun görüntülərini yayan şəxslər barəsində cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin  Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən 4 nəfər müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bir neçə gün əvvəl Bərdənin kəndlərindən birində qapalı yerdə 14 yaşlı qıza qarşı edilmiş seksual xarakterli hərəkətlərin görüntüləri yayılıb. Bundan sonra qızın yaşadığı kənddə qarşıdurma yaşanıb. İşə Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə Rayon Polis Şöbəsi qarışıb. Rayon rəhbərliyi, eləcə də rayonun Ağsaqqallar Şurasının sədri həmin kəndə gedib.

Zorakılığa məruz qaldığı bildirilən və videosu yayılan məktəbli qızın ailəsi övladlarının şantaj edildiyini, hazırlığa getdiyi vaxt bəzi kənd sakiləri tərəfindən hədələnərək belə bir əmələ məruz qaldığını deyiblər. Onlar həmin 4 nəfərin kəndi birdəfəlik tərk etməsini tələb ediblər. Kəndin digər sakinləri də bu tələbə qoşulublar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol