• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixi binaların görkəminin dəyişdirilməsi iddiasına CAVAB

Tarixi binaların görkəminin dəyişdirilməsi iddiasına CAVAB
28.08.2022 12:00
Sosial şəbəkələrdə Dövlət Turizm Agentliyi tərəfindən Şəkinin tarixi mərkəzində binaların bərpası zamanı qədim tikililərin orijinal görkəminin dəyişdirilməsinə dair fikirlər yayılmaqdadır. Dövlət Turizm Agentliyindən isə bildirilib ki, qurum tərəfindən Şəkinin tarixi mərkəzində bəzi binaların bərpa işləri aparılır. 

Qurumdan verilən məlumata görə, bunlardan biri də çar Rusiyası dövründə kazarma kimi tikilən, sovet hakimiyyəti illərində isə xəstəxana kimi istifadə olunan binadır.
 
"Tikilinin bərpası zamanı binanın üst suvaq qatı təmizləndikdə alt qatdan bu tikilinin fərqli dövrlərdə inşa edildiyi bəlli olub. Belə ki, binanın orta hissəsinin çar Rusiyası dövründə, kənar korpuslarının isə sovet hakimiyyəti illərində inşa edildiyi aşkarlanıb. Bunu sübut edən əsas faktlardan biri pəncərələrin üstündə bölmənin betondan olmasıdır. Əlavə edilən korpusların inşasında çay daşı və kərpicdən istifadə edilib. Həmin dövrdə tikinti zamanı keyfiyyətsiz kərpicdən istifadə olunduğuna görə bu hissə açıq havada aşınmaya məruz qalır. Bu hissədə hörgünü saxlamaq və bərpa etmək mümkün olmadığından, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin mütəxəssisləri layihələndirmə zamanı tikilinin ən qədim (orta) hissəsini açıq saxlamaq, sonradan əlavə edilmiş kənar korpusun üzərini isə ənənəvi Şəki singiri rəngində suvaq ilə örtmək qərarı veriblər", - Agentliyin açıqlamasında deyilir.
 
Qeyd edilir ki, bu yanaşma dünya təcrübəsində bir çox bərpa işlərində tətbiq edilib. Bu cür bərpadan sonra fasada baxdıqda, tikilinin fərqli dövrlərdə inşa olunduğu fərq edilir:
 
"Şəkidə bərpa olunan digər bina – Xan sarayının arxa hissəsində yerləşən və çar Rusiyası dövründə kazarma məqsədilə inşa edilən qədim binanın bərpası zamanı suvaqdan istifadə edilməyib. Bu binaya sovet dövründə müdaxilə olunmadığına görə suvaq qatı təmizlədikdən sonra binanın orijinal hörgüsünü bərpa etmək mümkün olub və binanın görünüşü olduğu kimi saxlanılıb", - qurum bildirib.
 
Bununla yanaşı, bildirilir ki, sovet hakimiyyəti illərində Şəkidəki bir çox tarixi binaların bərpası zamanı onlara üst suvaq qatı vurulub. Hətta Xan Sarayının divarında da suvaq qatı olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol