• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə icra hakimiyyəti başçısının jurnalistə qarşı şikayətini qəbul etməyib

Məhkəmə icra hakimiyyəti başçısının jurnalistə qarşı şikayətini qəbul etməyib
30.08.2022 22:00
Avqustun 30-da Masallı Rayon Məhkəməsi hakim Habil Bəhmənovun sədrliyi ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin jurnalist Cavid Şirəliyevin xüsusi ittiham qaydasına cəlb edilməsi ilə bağlı verdiyi şikayəti yenidən qəbul etməyib.

Bundan öncə, bu il aprelin 18-də Masallı rayon Məhkəməsi hakim Firdovsi Əliyevin sədrliyi ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin jurnalist Cavid Şirəliyevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti qəbul etməyib. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsi Əhəd Abiyevin şikayətinə baxıb və işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarıb. Bu gün, avqustun 30-da Masallı rayon Məhkəməsi işə yenidən baxıb və yenidən şikayətin qəbul edilməməsi barədə qərar qəbul edib.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev "7 GÜN.org” saytında dərc edilən məqalə ilə bağlı jurnalist Cavid Şirəliyevi Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələrilə xüsusi ittiham qaydasında məhkəməyə verib.

"7 GÜN.org” saytında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin bir aktrisa ilə şəxsi münasibətlərindən bəhs edən məqalə dərc edilib. Məqalədə Abıyevin şəxsi münasibətləri müqabilində aktrisaya Bakı şəhərində mənzil bağışladığı bildirilir.

"7 GÜN. org” saytında dərc edilən digər məqalədə Əhəd Abıyevin mövqeyi yer alıb. İcra hakimiyyəti başçısı məqalədə yazılanları təkzib edib, uydurma adlandırıb.

"Məqalədə adı yazılan aktrisa ilə heç bir tanışlığımız, qohumluğumuz yoxdur. Bu yalan, şər və böhtandır, qərəzli şayiədir,” Abıyev qeyd edib.

Aprelin 18-də Masallı rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim öncə tərəfləri dinləyib.

Şikayətçi tərəf şikayətinin əsaslı olduğunu sübut etmək üçün dəlilləri və faktları məhkəməyə təqdim edib.

Bu zaman jurnalist Şirəliyev məqalənin onun tərəfindən yazılmadığını, bunu sübut edən faktın və "7 GUN.org" saytının, bu adda YouTube kanalının ona aid olmadığını bildirib. Jurnalist sübut kimi saytın və YouTube kanalının domeni ilə bağlı çıxarışı sədrlik edənə təqdim edib.

Bundan sonra hakim şikayəti qəbul etməkdən imtina qərarı çıxarıb.

Daşkəsən rayon İcra Hakimiyyəti başçısından məhkəmənin qərarı ilə bağlı münasibət öyrənmək cəhdimiz baş tutmasa da jurnalist Şirəliyev Amerikanın Səsinə deyib ki, adı çəkilən sayt və YouTube kanalının ona aid olmadığı, məqaləni yazmadığı halda Abiyevin hansı səbəbdən məhkəməyə şikayət verməsi təəccüb doğurur.

"Əhəd Abiyevin hansı səbəbdən məni məhkəməyə verməsi sualı mənim üçün açıq qalır. İcra hakimiyyəti başçısı niyə məhz məni məhkəməyə verib?” o, sual edib.

Bundan öncə Cavid Şirəliyev hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci ilin avqustunda cinayət işinə baxış yenidən apelyasiya instansiyasına qaytarılıb. 2018-ci il aprelin 24-də jurnalist azadlığa buraxılıb.(amerikanın səsi)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol