• $
  • €
  • ₽
  • ₺
  • £

Yanğının şiddətləndiyi Zaqatalada son vəziyyət

Yanğının şiddətləndiyi Zaqatalada son vəziyyət
01.09.2022 22:26
Zaqatalada dağlıq ərazidə baş verən yanğının söndürülməsində iki helikopter iştirak edir. Onlar gün ərzində yüzdən artıq uçuş həyata keçirir.

APA xəbər verir ki, bunu Zaqatala dağlarında baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

R.Xudiyevin sözlərinə görə, yanğın mürəkkəb relyefli yüksək dağlıq-meşəlik ərazidə baş verdiyindən ora suyun çatdırılmasında çətinlik var. Bu səbəbdən yanğının söndürülməsinə 2 helokopter cəlb edilib. Onlar yanğının söndürülməsi üçün gün ərzində yüzdən artıq uçuş edib.
Rəis müavini bildirib ki, mürəkkəb relyefli ərazidə baş verən yanğının söndürülməsində kənd əhalisi böyük fədakarlıq göstərir.

Çətin relyefli yüksək dağlıq-meşəlik ərazidə avqustun 30-u günorta saatlarından başlayan yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala və Balakən rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 100 nəfər şəxsi heyəti, FHN-nin aviasiya dəstəsinin iki helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, DİN-nin Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları, icra nümayəndəlikləri, yerli sakinlər cəlb edilib. Hazırda ərazidə 400-dən yuxarı canlı qüvvə əl əməyindən istifadə etməklə yanğının söndürülməsi üçün iş aparır

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol