• $
  • €
  • ₽
  • ₺
  • £

Kənd təsərrüfatı məhsulları daşıyan 3 gəmi Ukraynadan yola salınıb

Kənd təsərrüfatı məhsulları daşıyan 3 gəmi Ukraynadan yola salınıb
05.09.2022 10:29
Sentyabrın 5-i  səhər saatlarında kənd təsərrüfatı məhsulları daşıyan daha üç gəmi Ukrayna limanlarını tərk edib, Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verir.

İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının tədarükü davam edir.

Avqustun əvvəlindən taxıl dəhlizi ilə bir milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

İyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Taxıl müqaviləsi Ukraynanın Odessa, Yujnı və Çernomorsk limanlarını əhatə edir.

Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması üzrə Anlaşma Təşəbbüsünün müddəalarının həyata keçirilməsi çərçivəsində kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin dəniz dəhlizi ilə təhlükəsiz keçməsinə nəzarət etmək, gəmilərin təhvil verilməsinin qarşısını almaq üçün yoxlanılması məqsədilə Birgə Koordinasiya Mərkəzi yaradılmışdır.
 
Gülnar

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol