• $
  • €
  • ₽
  • ₺
  • £

Rasim Məmmədov ev dustaqlığına buraxılmadı - Məhkəmə qərarı

Rasim Məmmədov ev dustaqlığına buraxılmadı - Məhkəmə qərarı
05.09.2022 19:36
Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəməsi keçirilib.

"Qafqazinfo" verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda R.Məmmədovun vəkili Elçin Sadıqov bir sıra vəsatətlər verib. O əvvəlcə bildirib ki, Rasim Sadıqovun İsveçrədən vəkilləri gəlib və həmin vəkillərin prosesdə iştirakı təmin olunmalıdır. Vəkil həmçinin məhkəmədə video çəkilişin aparılmasını da xahiş edib. Hakim isə texniki imkanların buna hazır olmadığını bildirib.

Daha sonra vəkil Prezident Administirasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əlavə şahid qismində dindirilməsini, Rasim Sadıqovun son 10 il ərzində PA-ya girib-çıxması barədə qeydiyyat kitabçasının məhkəməyə təqdim olunmasını, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Bundan başqa müdafiəçilər təqsirləndirilən şəxsin adına yazılmış əmlakların onun qohumlarına aid olduğunu deyiblər. Rasim Məmmədovun məhkəmə zamanı şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər verilib.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Rasim Məmmədov vəsatətlərə mübasibət bildirərkən deyib ki, 20 aydır həbsdədir: "Hacı Məmmədovadan sonra ikinci şəxsdir ki, DTX-də saxlanılıram. Mən niyə həbs edilmişəm? İş adamıyam, əmlaklarımı özüm almışam".

Məhkəmənin hazırlıq iclası başa çatıb. Baxış iclası sentyabrın 9-a təyin olunub
.
Xatırladaq ki, Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda  ittiham olunub. Sabiq şirkət rəhbərinin 13 milyon 200 min manat pulu mənimsəməsinə, 42 milyon manat dəyərində məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinir

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol