• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Ukraynada məktəblilər üçün növbəti xeyriyyə aksiyasına başlayıb

SOCAR Ukraynada məktəblilər üçün növbəti xeyriyyə aksiyasına başlayıb
06.09.2022 20:30
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi olan "SOCAR Energy Ukraine” şirkəti növbəti xeyriyyə aksiyasına – məktəblilərin tibbi yardım dəstləri ilə təmin edilməsi üçün vəsaitin toplanmasına başlayıb. Bu barədə "Report”a "SOCAR Energy Ukraine” şirkətindən məlumat verilib.

Bildirilir ki, artıq hər arzulayan şəxs "Məktəblilər üçün ilk yardım dəsti” təşəbbüsünə qoşula bilər.

SOCAR-ın yanacaqdoldurma məntəqələrindən alınan hər bir xüsusi xoruz naxışlı içki stəkanından əldə olunan vəsaitin bir hissəsi məktəblilərin təhlükə anlarında həyatını xilas edəcək tibbi ləvazimatlarla təmin olunmasına yönəldiləcək. İlk tibbi yardım dəstlərində şagirdlərə və məktəb işçilərinə psixoloji yardım göstərilməsinə dair təlimatlar da var.

Bu təlimatlar Ukraynanın birinci xanımı Yelena Zelenskayanın Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Səhiyyə Nazirliyinin koordinasiya etdiyi Milli Psixi Sağlamlıq və Psixososial Dəstək Proqramının yaradılması təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.
"SOCAR Energy Ukraine” şəbəkəsinin direktoru İqor Orlov bildirib ki, SOCAR komandası üçün ukraynalıları, böyükləri və uşaqları dəstəkləmək hər zaman prioritetdir.

"Biz tərəfdaşlarımıza birliklərinə görə, belə mühüm layihədə iştiraka razılıq verdikləri üçün minnətdarıq. Bir tərəfdən, çox istərdik ki, bu dəstlər heç kimə lazım olmasın. Amma digər tərəfdən, çox vacibdir ki, bu ilkin tibbi yardım dəstləri sayəsində məktəblilər təhlükə yarandıqda özlərinin və ya ətrafdakıların həyatını xilas edə bilsinlər”.

Yelena Zelenskaya bildirib ki, Ukraynada adi insanlardan tutmuş böyük biznesə qədər hər kəsin maksimum dərəcədə bacardığını etməsini görmək inanılmazdır.

"Çünki yalnız bu yolla biz birlikdə qalib gələ biləcəyik”, - o deyib.

"SOCAR Energy Ukraine”nin xeyriyyə layihəsinin tərəfdaşı dobro.ua xeyriyyə platforması, icraçısı isə Ukrayna Təhsil və Elm Nazirliyinin ekspert dəstəyidir.

Ukraynanın təhsil və elm naziri Sergey Şkarlet bildirib ki, təhsil prosesinin bütün iştirakçılarının təhlükəsizliyi hərbi vəziyyət zamanı tam ştatlı təhsilin yeganə şərtidir:

"Dövlət orqanlarının, ərazi icmalarının və Təhsil və Elm Nazirliyinin tərəfdaşlarının birgə səyləri nəticəsində məktəblərin 64%-də ənənəvi təhsil imkanını yaratmaq mümkün olub. Bununla belə, bu istiqamətdə işlər davam edir. Çünki bizim üçün maksimum sayda şagirdin keyfiyyətli təhsil ala bilməsi, eləcə də həmyaşıdları və müəllimləri ilə üzbəüz ünsiyyət qurması vacibdir. SOCAR-ın ukraynalı tələbələri xüsusi tibbi dəstlərlə təmin etmək təşəbbüsü bu gün hər bir uşağın və müəllimin təhlükəsizliyi, həyat və sağlamlığının qorunması, təhsil zamanı psixoloji sabitlik üçün arzularımızın mühüm tərkib hissəsidir. Yaxşı işlərə görə məsuliyyətli biznesə təşəkkür edirəm”, o qeyd edib.

Dobro.ua xeyriyyə platformasının direktoru İrina Qutsal isə bildirib ki, hazırda ukraynalı uşaqların qayğıya və diqqətə çox ehtiyacı var.

"Bunun üçün də şadıq ki, dobro.ua və SOCAR arasında əməkdaşlıq onlara həsr olunub. Uşaqlar bizim gələcəyimizdir. Onlar təkcə biliyə deyil, həm də təhlükə anlarında keyfiyyətli tibbi xidmətə fasiləsiz çıxış əldə etməlidirlər. SOCAR-da xeyriyyə stəkanında qəhvə içmək təkcə köməyə qoşularaq kömək etməkdən ibarət deyil. Bu, həm də Ukraynanın gələcək həyatına və rifahına töhfədir!”, - o söyləyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol