Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
"Singapore Airlines" aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
"Boeing B777" təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























