• $
  • €
  • ₽
  • ₺
  • £

Neçə tələbə kredit üçün müraciət edib?

Neçə tələbə kredit üçün müraciət edib?
09.09.2022 12:45
Bu il 3200 nəfər tələbə təhsil kredit almaq üçün müraciət edib, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev "Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, tələbələrin oxuyacağı ali təhsil müəssisələrindən cavab gözlənilir.

 Təhsil-Tələbə kreditinin 2 növü vardır. Sosial və Standart.

Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Aşağıdakı tələblərə cavab verən tələbələr bu kreditdən yararlana bilərlər.

-Ünvanlı sosial yardım alan ailələrin üzvləri.

-3-cü dərəcə əlilliyi olanlar.

Hər iki valideyni aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar da bu kreditdən yararlana bilərlər.

-1-ci vəya 2-ci dərəcə əlilliyi olanlar.
-İşsiz kimi qeydiyyatda olanlar.
-Yaşa görə əmək pensiyası alanlar
-Yaşa görə sosial müavinət alanlar.

Sosial kredit almağa hüququ olmayan tələbələr Standart kreditdən yararlana bilərlər.

Bu kredit üçün girov və ya zaminlik tələb olunmur və bu kredit siğortalanır. Tələbə təhsil kreditini 20 il müddətində qaytara biləcək. Kredit üçün faiz az olacaq. Əlavə olaraq, yaxşı oxuyan tələbələrə güzəştlər olunacaq.Bu güzəşt həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasına şamil olunur. Təhsil-Tələbə krediti əcnəbi tələbələrə şamil olunmur. Məbləğ hər tədris ili üzrə ödənilir. Bank tərəfində birbaşa ali təhsil müəssəsinə ödənilir.

Gülnar Nazimqızı 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol