ADAU-ya rektor vəzifəsini icra edən təyin olundu

Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) rektor vəzifəsini icra edən təyin olunub.
Bildirilib ki, imzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.
O, universitetin kollektivinə təqdim edilib.
Sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib.
O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.(Report)
www.anews.az
Son xəbərlər 
Daha çox 























