• $
  • €
  • ₽
  • ₺
  • £

Müharibə iştirakçısının yaydığı video ilə bağlı Açıqlama- VİDEO

Müharibə iştirakçısının yaydığı video ilə bağlı  Açıqlama- VİDEO
09.09.2022 16:32
Vətən müharibəsi qazisi Tağızadə İlqar Mənəf oğlu Dövlət Məşğulluq Agentliyinin İmişli rayon şöbəsində çəkiliş aparıb, özünüməşğulluq proqramında iştirak etmək istəyini bildirib və işlə təmin olunmağı tələb edib.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qazi, ona özünüməşğulluq üçün ev heyvanı verilmədiyini deyib.

Məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyi açıqlama yayıb. Məlumatda İlqar Tağızadənin Agentliyin İmişli rayon şöbəsində qəbul qaydalarını pozması, icazəsiz çəkiliş aparması qeyd olunub.

"Vətən müharibəsi iştirakçısı olan İmişli rayon sakini Tağızadə İlqar Mənəf oğlunun özünüməşğulluq proqramına cəlb edilməsi üçün 13 iyun 2022-ci ildə yaşadığı ünvanda maddi-məişət şəraitinə baxış keçirilib. Monitorinq zamanı onun mülkiyyətində nəqliyyat vasitəsi və həyətyanı təsərrüfatında 4 baş iribuynuzlu heyvan və 15 baş xırdabuynuzlu heyvan mövcud olduğu aşkarlanıb və qaydalara uyğun olaraq özünüməşğulluq proqramına qoşula bilməyib.

Qanunvericiliyin tələbləri və özünüməşğulluq proqramının mahiyyəti barədə İlqara dəfələrlə izah edilməsinə baxmayaraq, sentyabrın 8-də bir neçə nəfərlə birgə Dövlət Məşğulluq Agentliyinin İmişli rayon nümayəndəliyinə gələrək qəbul qaydalarını pozub, icazəsiz çəkiliş aparıb, statusundan sui-istifadə edərək imtina qərarının dəyişdirilməsi üçün cəhdlər edib.

Qalib ordunun  əsgəri adından sui-istifadə edərək hüququ yaranmadığı halda hər hansı sosial dəstək tədbirindən yararlanmağa çalışmaq və buna ehtiyacı olan aztəminatlı veteranların və şəhid ailələrinin haqqına girməyə cəhd etmək yolverilməzdir”.
 

 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol