• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gömrük rəisinin evinə avtomatla basqın olub

Azərbaycanda gömrük rəisinin evinə avtomatla basqın olub
09.09.2022 17:47
Tovuz və Ağstafada quldurluq əməli törətmiş dəstə üzvlərinə hökm oxunub. Qazax rayon Saloğlu kənd sakini, 1972-ci il təvəllüdlü Ceyhun Əliyev (bütün soyadlar şərtidir), Ağstafa şəhər sakini, 1964-cü il Araz Babayev və Qazaxın Quşçu Ayrım kənd sakini, 1980-ci il təvəllüdlü Natiq Rzayev barəsində açılmış işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmə prosesində bildirilib ki, adları çəkilən şəxslər 2015-ci ildə Tovuzun Cilovdarlı və 2018-ci ildə Ağstafa şəhərində avtomatla quldurluq əməli törədiblər. Onlardan Ceyhun və Natiq daha sonra ölkəni tərk edib. Bir müddət sonra Ceyhun sərhədi qanunsuz keçdiyinə görə, Natiq isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub və məhkum edilib. Bundan sonra onların daha ağır cinayətlərdə iştirak etməsi məlum olub. Belə ki, dəstə üzvləri 2015-ci ilin 21 may tarixində Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsində maliyyə-tarif şöbəsinin rəisi Pərviz S-in Tovuzun Cilovdarlı kəndində yerləşən evinə basqın ediblər. Avtomatlı şəxslər evin xidmətçisi olan qadın vasitəsilə aldatma yolu ilə gecə saat 04 radələrində evin qapısını açdırıb mənzilə basqın ediblər. "Kalaşnikov” avtomatı ilə silahlanmış maskalı şəxslər həmin vaxt vəzifəli şəxsə və ailə üzvlərinə qarşı quldurluq edərək evdəki seyfdən 50.000 ABŞ dolları, 5 ədəd "onluq” qızıl sikkə, 2 ədəd "beşlik” qızıl sikkələri, 1 ədəd "on beşlik” qızıl sikkəni, 1 ədəd "iyirmi beşlik” qızıl sikkə və 1 ədəd "İmperial” markalı qızıl sikkəni ələ keçirərək qaçıblar.

Daha sonra dəstə üzvləri 2018-ci il 17 sentyabr tarixində Ağstafa şəhəri, 33-cü məhəllədə yaşayan iş adamı, Ağstafada aptek sahibi olan Azər Qubadovun mənzilinə avtomatla basqın ediblər. Bu hadisə zamanı evdə olan iş adamı və oğlu basqınçılara aktiv müqavimət göstərib və avtomatı Ceyhunun əlindən almağı bacarıblar. Bu zaman atəş də açılıb və xoşbəxtlikdən heç kimə güllə dəyməyib. Hadisə vaxtı Ceyhunun tutulduğunu görən dostu Araz pəncərədən qaçaraq uzaqlaşıb. Ev sahibi isə maskalı şəxsi və onun avtomatını polisə təhvil verib.

Məhkəmədə Araz və Ceyhun özlərini qeyd edilən cinayətlər üzrə qismən təqsirli bilib. Natiq isə ona şər atıldığını, quldurluq əməli törətmədiyini deyib.

İstintaq zamanı o da məlum olub ki, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsində maliyyə-tarif şöbəsinin rəisi Pərviz S. evinə edilmiş basqından sonra cinayətin sifarişçilərini axtarıb. Bu məqsədlə o, hətta hadisənin iştirakçısı olmuş Ceyhunla da əlaqə saxlayıb və Ceyhun ona köməklik edəcəyini bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2022-ci il tarixli hökmü ilə Ceyhuna 13 il 6 ay, Araz və Natiqin hər birinə 10 il 6 ay müddətinə həbs cəzası verilib.(Qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol