• $
  • €
  • ₽
  • ₺
  • £

Əvəz Zeynallı Binəqədi rayon məhkəməsinə aparılacaq - VİDEO

Əvəz Zeynallı  Binəqədi rayon məhkəməsinə aparılacaq - VİDEO
10.09.2022 22:16
Xural TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində dindirilir və bir azdan Binəqədi rayon məhkəməsinə aparılacaq. Bunu onun vəkili Aqil Lahıc Baş prokurorluğun İstintaq İdarəsinin qarşısında  jurnalistlərə bildirib.
 
"Əvəz Zeynallı barəsində istintaq dövrü üçün həbs qəti imkan tədbiri seçilməsi üçün bir azdan  Binəqədi rayon məhkəməsinə aparılacaq", - vəkil bildirib.
 
Bir müddət qabaq yerli mətbuatda Əvəz Zeynallının  Baku Steel Company şirkətinin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat pul  aldığı barədə məlumatlar yer alıb. Bundan  sonra Baş prokurorluq məsələni araşdrmaya götürməsi barədə xəbər yayıb.
 
KİV-də gedən məlumata görə,  Rasim Məmmədovun arvadı Əvəz Zeynallıya  onun əri barədə təhqiredici məlumatlar verməməsi məqsədilə pul təklif edib. Jurnalist isə pulu almasına baxmayaraq təhqirləri dayandırmayıb.
 
Rasim Məmmədovun vəkili  Elçin Sadıqov  müdafiə etdiyi şəxsin ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirib. 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol