• $
  • €
  • ₽
  • ₺
  • £

Qazi özünü yandırıb

Qazi özünü yandırıb
12.09.2022 16:53
İkinci Qarabağ Müharibəsi iştirakçısı Elnur Rüstəmov yanıq xəsarətləri ilə 5 nömrəli şəhər poliklinikasının Yanıq şöbəsinə daxil olub. Bu barədə xəstəxanadan bildirilib.

"Qazi Elnur Rüstəmov Yanıq şöbəsinə daxil olub, burdadır, lakin vəziyyəti barədə məlumatımız hələ ki yoxdur", - poliklinikadan bildirilib. 
 
Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev bu barədə ilkin məlumatı yayıb.

"Qazi Rüstəmov Elnur Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırıb. O, bələdiyyə başçısına özünü yandırması barədə xəbərdarlıq etsə də, buna mahal qoyulmayıb. Bələdiyyə başçısı  "get neynirsən elə"  deyib. O da benzin tökərək özünü inzibati binanın önündə yandırıb. Hazırda 5 nömrəli şəhər poliklinikasının Yanıq şöbəsində onun yanındayam, 65-70%-i yanıb, xüsusilə, tənəffüs orqanları zədələnib", - o bildirib.
 
İddialara görə, İkinci Qarabağ müharibəsindən sonra bugünədək özünə qəsd edən qazilərin sayı 40-a çatıb. Onların özünəqəsd səbəbləri əsasən sosial problemlərlə bağlıdır.
 
Ləman


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol