• $
  • €
  • ₽
  • ₺
  • £

Əvəz Zeynallı həbsdə saxlanıldı

Əvəz Zeynallı həbsdə saxlanıldı
21.09.2022 17:48
Binəqədi Rayon Məhkəməsi hazırda barəsində həbs qətiimkan tədbiri seçilmiş "Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsadəti  təmin etməyib.  Bu barədə onun vəkili  Aqil Layıc Anews.az-a çərşənbə günü məhkəmə iclasından sonra bildirib.  

"Hakim Vüsal Tağıyevin sədrliyi keçirilən prosesdə  Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığı deyilib və onun ev dustaqlığına buraxılması barədə  vəsadətini təmin edilməyib", - Aqil Layic deyib. 
 
Bir müddət qabaq haqqən.az saytında  Əvəz Zeynallının  Baku Steel Company şirkətinin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat pul  aldığı barədə məlumatlar yer alıb. Bundan  sonra Baş prokurorluq məsələni araşdrmaya götürməsi barədə xəbər yayıb.
 
KİV-də gedən məlumata görə,  Rasim Məmmədovun arvadı Əvəz Zeynallıya  onun əri barədə təhqiredici məlumatlar verməməsi məqsədilə pul təklif edib. Jurnalist isə pulu almasına baxmayaraq təhqirləri dayandırmayıb. 
 
Mətbuatda pulun Əvəz Zeynallıya Rasim Məmmədovun vəkili Elçin Quliyev vasitəsilə verildiyi də iddia olunur. 
 
Rasim Məmmədovun vəkili  Elçin Sadıqov  müdafiə etdiyi şəxsin ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirib. 
 
Baş prokurorluğun apardığı istintaq əməliyyatları zamanı Əvəz Zeynallı və Elçin Sadıqovun evi və ofislərində  axtarış aparılıb və Binəqədi Rayon Məhkəməsi onlar barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçib. Bakı Appelyasiya məhkəməsi Elçin Sadiqovun ev dustaqlığına buraxılması barədə şikayətini  sentyabrın 17-də  təmin edib. 
 
Toplanmış ilkin sübutlara əsasən  Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü və Elçin Sadıqov  Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib. 


2011-ci ildə rüşvət almaq ittihamı ilə həbs edilən Əvəz Zeynallı iki ildən sonra 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2014-cü ildə əfv fərmanı ilə azadlığı buraxılıb.  Əvəz Zeynallı barəsində verilən ittihamları rədd edib. 
 
Ləman Qasımova
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol