• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yol polisi ilə sürücü arasında insident - Video

Bakıda yol polisi ilə sürücü arasında insident - Video
22.09.2022 11:32
Bakıda yol polisi ilə sürücü arasında insident yaşanıb. Görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda sürücü yol patrul xidmətinin əməkdaşları tərəfindən ona zor tətbiq edildiyini deyir.
 
Polis əməkdaşı isə sürücüdən avtomobildən düşməsini tələb edir. Polislərdən birinin əli avtomobilin pəncərəsində sıxışıb qaldığı üçün digər polis zabiti pəncərədən əlini salaraq sürücüyə zor tətbiq edir və ondan pəncərəni aşağı endirməsini istəyir. Polislərin avtomobilə əyləşməsi ilə video başa çatır.
 
 
 
 
Kadrlarla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verib və bildirib ki, bu, yeni görüntü deyil.

"Sürücü taksi fəaliyyəti ilə məşğul olub, avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah olunub. Sürücü 90-DH-093 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Mehdiyev Səməndər Rizvan oğludur. Bildirilib ki, bu halda İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin tələbinə görə avtomobil duracağa təmin olunmalıdır. Əvvəl razılığını bildirib, daha sora avtomobilə əyləşərək, qapıları bağlayıb, həmin yerdən uzaqlaşmağa çalışıb, bu zaman videodan da göründüyü kimi polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır. Şəxs aidiyyəti üzrə ərazi polis bölməsinə aparılıb.

Nizami Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə tabe olmadığı üçün barəsində 10 sutka həbs qərarı verilib. Daha sonra isə himayəsində azyaşlı uşaq olduğunu əsas tutaraq məhkəmə qərarından apellyasiya şikayəti verib və cəza növünün cərimə ilə dəyişdirilməsini istəyib, lakin qərar qüvvədə saxlanılıb.

Polis qanuna tabe olmayan şəxsin özbaşınalığına hüquqi qiymət verərkən çətin anlar yaşanıla bilər, lakin hər hansısa çəkiliş və ya digər bu tip videolara görə öz işinə qarşı qətiyyətli münasibətini dəyişməməlidir. Hərə əlinə bir telefon götürüb video ilə polisin işinə müdaxilə edib nizam-intizama təsir etməyi düşünürsə, yanılır. Belə əməllərdənsə qanunların tələbini vaxtında icra edib vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik”.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol