• $
  • €
  • ₽
  • ₺
  • £

DYP-dən vətəndaşlara "Anım Günü" ilə bağlı MÜRACİƏT

DYP-dən vətəndaşlara  "Anım Günü" ilə bağlı  MÜRACİƏT
26.09.2022 12:19
Bakı Şəhər Yol Polisi İdarəsi 27 sentyabr "Anım Günü" ilə bağlı olaraq vətəndaşlara II Şəhidlər xiyabanı və Dağüstü park istiqamətində maşınla az hərəkət etmələrini tövsiyə edib. Bu barədə idarənin baş inspektoru polis mayoru Araz Əsgərli anews.az-a açıqlamasında bildirib.

"27 sentyabr vətəndaşlarımızdan xahiş edirik ki, II Şəhidlər xiyabanı və Dağüstü park istiqamətinə gedərkən əsasən  ictimai nəqliyyata üstünlük versinlər. Hər iki istiqamət şəhərin mərkəzi küçələridir, parklama imkanları isə məhdud olduğu üçün sıxlığın yaşanması ehtimal olunur. Ziyarətçilər əraziyə gedərkən şəxsi minik nəqliyyat vasitələrinə üstünlük verməsinlər. Sürücülər nəzərə alsınlar ki, buraya üz tutan insanların sayı çox olacaq. Əməkdaşlarımız səhərdən axşamadək, yəni ziyarət bitənədək ərazidə, yollarda hərəkətin tənzimləmək üçün lazımi tədbirləri görəcək”, - Əsgərli söyləyib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2 dekabr 2020-ci ildən Azərbaycanda 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə məscidlərdə dini məbədlərdə şəhidlərin xatirəsinə dualar olunur. 

 2020-ci il 27 sentyabr Azərbaycanda İkinci Qarabağ Müharibəsi kimi tarixə düşüb. Müharibə 44 gün davam edib. Nəticədə Azərbaycanın 2908 nəfər əsgəri şəhid olub. 

2020-ci il 10 noyabrda isə Azərbaycan,Ermənistan və rusiya arasında 3 tərəfli bəyanamə imzalanıb və iki dövlət arasında hərbi əməliyyatlar dayandırıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol