• $
  • €
  • ₽
  • ₺
  • £

Arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb

Arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb
27.09.2022 15:46
Azərbaycana gətirilən arıqlama məhsullarında təhlükəli maddə aşkarlanıb. Bu barədə  Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.


Ötən həftə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq İdarəsi Mərkəzə məktub əsasında təqdim edilən "Fatzorb", "Lipotrim", "Seksualnaya fiqura" və "Jira blokator" adlı məhsulların ekspertizasını aparıb.


AEM-in Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasından Mətbuat xidmətinə verilən məlumata görə, ekspertiza zamanı "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”nın təsdiq edilməsi barədə qanuna əsasən güclü təsir edən maddələrin siyahısına daxil edilmiş sibutramin adlı maddə aşkar edilib.


Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur.

Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın yan təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb. Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edlib.


1-22 sentyabrda Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında idxal və qeydiyyat proseduru zamanı, dərman vasitələrinin, bioloji fəallığa malik qida əlavələrinin, tibb vasitələrindən olan birdəfəlik şprislərin və digər qurumlardan məktub əsasında daxil olmuş nümunələrin analizi həyata keçirilib. Dərman vasitələrinin idxalı zamanı 1750 adda nümunə analiz edilmiş, nəticələrdə uyğunsuzluq aşkarlanmayıb. Bioloji fəallığa malik qida əlavələrinin 261 adda nümunəsi analiz edilib. Analiz zamanı 244 adda bioloji fəallığa malik qida əlavəsinin keyfiyyət parametrləri istehsalçı tərəfindən təqdim edilmiş sənədlərə uyğun olduğu, 17 adda nümunənin istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilmiş keyfiyyət parametrlərində uyğunsuzluq müəyyən edilib.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol